Tarix: 08.10.2024 / 13:30
Tramp:    “Mühacirlər ölkəyə “pis genlər”  gətiriblər”

Tramp: “Mühacirlər ölkəyə “pis genlər” gətiriblər”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp immiqrantların Amerikanın “qanını zəhərlədiyi”ni bildirib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bazar ertəsi mühafizəkar radio aparıcısı Hyu Heuittə müsahibə verən Donald Tramp deyib ki, mühacirlər ölkəni “pis genlərlə” doldurur. O, öz fikrini əsaslandırmaq üçün onilliklərin cinayət statistikasına dair yalanlardan istifadə edib.

Tramp vəzifəyə gələn kimi həyata keçirəcəyi kütləvi deportasiya proqramını önə çəkib:

"O insanların sərhəddən içəri girməsinə necə icazə verirsiniz ki, onların 13-mini cinayətkardır? Onların çoxu birdən çox insanı öldürüb və indi ABŞ-da xoşbəxt yaşayırlar. Bilirsən, bu onların genlərindədir. Və indi ölkəmizdə çoxlu pis genlər var. Onlar burada olmamalı idi, ölkəyə cinayətkar olan 425 min insan gəlib”.

Şərhlər

Yaz...