Tarix: 25.12.2024 / 12:28
Tokayev qəza ilə bağlı    komissiya yaratdı

Tokayev qəza ilə bağlı komissiya yaratdı

Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı dövlət komissiyası yaradılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qərar verib.

Komissiyaya baş nazirin müavini Bozumbayev rəhbərlik edəcək.

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Şərhlər

Yaz...