Tarix: 30.08.2024 / 18:35
Ticarət anbarında 120 qeyri-qanuni miqrant    müəyyən edilib

Ticarət anbarında 120 qeyri-qanuni miqrant müəyyən edilib

Polis Moskva yaxınlığındakı Puşkinoda pərakəndə satış anbarının işçiləri arasında 120 qeyri-qanuni miqrant müəyyən edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ticarət anbarında MDB və Afrika ölkələrindən qanunsuz miqrantlar müəyyən edilib.

Rusiyada olma qaydalarını pozan 120 əcnəbiyə qarşı protokollar tərtib edilib. Onlardan 19-u qeyri-qanuni işləməyə görə, biri isə inzibati cəzadan yayınmağa görə məsuliyyətə cəlb edilib.

Qanunu pozanlar 5 min rubl məbləğində cərimələnib və ölkədən çıxarılacaqlar. 31 qeyri-qanuni mühacir məhkəmə qərarı icra olunana qədər ixtisaslaşdırılmış müəssisəyə yerləşdirilib.





Şərhlər

Yaz...