Tarix: 21.10.2024 / 11:00
Beyin mərkəzləri həyəcan təbili çaldı -    elmi irqçilik qanuniləşdirilir!

Beyin mərkəzləri həyəcan təbili çaldı - elmi irqçilik qanuniləşdirilir!

Tibb təsisatları və siyasətçilər elmi irqçilik və azlıqlar üçün ciddi təhdid olan bir ideologiyanı normal qəbul etdirmək cəhdlərinə qarşı çıxmalıdırlar.

Diaspora.TV “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə nüfuzlu beyin mərkəzləri xəbərdarlıq edir.

İrq Münasibətləri İnstitutu, İrqi Bərabərlik Fondu və “İrq Gündəmi” təşkilatı bildirir ki, onlar son bir neçə il ərzində elmi irqçiliyə dair inanclarının yenidən açıq ictimai müzakirəyə qaytarılmasına etiraz ediblər. Lakin milli institutlar bu məsələyə çox zəif reaksiya verirlər.

Qeyd edək ki, elmi irqçilik bərabərsizliyin sosial səbəblərdən deyil, bioloji faktorlardan qaynaqlandığına inanmaqdır. Bu “ideologiya”, genetik üstünlük kimi bir şeyin mövcud olduğu fikrini qanuniləşdirmək üçün elmi tədqiqatdan istifadə etməyə çalışır. Son zamanlar sağçı siyasətçilər bu "ideologiya"dan miqrantların Qərb ölkələrindən kütləvi şəkildə qovulmasını müdafiə üçün istifadə edirlər.

“The Guardian”ın irqçilik əleyhinə olan “Hope Not Hate” qrupu ilə apardığı araşdırma nəticəsində məlum olub ki, elmi irqçiliyi qanuniləşdirmək istəyən beynəlxalq fəallar və elm adamları şəbəkəsi multimilyonçu amerikalı sahibkarın gizli maliyyəsi ilə fəaliyyət göstərir. Şəbəkənin Britaniya biobankından məlumat əldə etdiyi iddia olunan obyektində 500.000 könüllünün genetik məlumatı saxlanılır.

Beyin mərkəzləri və təşviqat qrupları son araşdırmaların problem ətrafında riskləri əhəmiyyətli dərəcədə artırdığını söyləyərək, "bu günün kənar ideyalarının sabahın əsas axını ola biləcəyini" bildirirlər.

Onlar təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görməyə və onların yaydıqları ideyalara qarşı çağırışlar ediblər.

İrq Münasibətləri İnstitutunun direktoru Liz Fekete bildirir ki, qaradərili tibb fəalları, fədakar tədqiqatçılar, vətəndaş azadlıqları və irq təşkilatları illərdir irqçi elmin geri qaytarılması ilə bağlı səslərini ucaldırlar.

İndi də “The Guardian” və “Hope Not Hate” təhlükə barədə xəbərdarlıq edir.

Şərhlər

Yaz...