Tarix: 27.08.2024 / 19:54
Baydenin miqrantlarla bağlı   proqramı dayandırıldı

Baydenin miqrantlarla bağlı proqramı dayandırıldı

Texas hakimi ABŞ prezidenti Co Baydenin ABŞ vətəndaşları ilə evli olan qeyri-qanuni miqrantların ölkəni tərk etmədən qanuni status qazanmasına icazə verən proqramını dondurub.

Diaspora.TV xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Baydenin proqramı avqustun 26-da Texas ştatının federal hakimi tərəfindən dayandırılıb.

Məhkəmə qərarı iki həftə qüvvədə olacaq və sonra uzadıla bilər.

Məhkəmə qeyd edib ki, Baydenin proqramında nəzərdə tutulan tələblər "əhəmiyyətlidir və daha diqqətli nəzərdən keçirilməsini tələb edir".

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens ölkədən 1 milyon qeyri-qanuni miqrantın deportasiya edilməsini təklif etmişdi .


Şərhlər

Yaz...