“Amerikanın Texas əyalətində, Corpus Christi şəhərində Texas A&M Universitetində, "Beynəlxalq Həftə" tədbirləri çərçivəsində Azərbaycan Mədəniyyət Gecəsi keçirilib”.
Bu barədə məlumatı Diaspora.TV-yə açıqlamasında Amerikada yaşayan azərbaycanlı, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov verib.
“Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyası haqqında təqdimat olub. Tədbirdə iştirak edən universitetin əməkdaşları və tələbələri xüsusi sifariş olunan Azərbaycan mətbəxi nümunələri ilə tanış olublar. Sonda iştirakçılar Azərbaycan haqqında sənədli film izləyiblər”.
Qeyd edək ki, tədbirdə həmvətənlərimiz Əli İbrahimov, Qoşqar Məhərrəmov, Səlma Məhərrəmli və Zəfər Məhərrəmli müxtəlif rəqs, piano kimi mədəniyyət nümunələri ilə ölkəmizi təmsil ediblər.
Xəyalə Zöhrab
Diaspora.TV