Tarix: 01.08.2024 / 14:25
Azərbaycanlı terrora çağırış ittihamı ilə  həbs edildi

Azərbaycanlı terrora çağırış ittihamı ilə həbs edildi

Rusiyanın Oryol vilayətində Azərbaycan vətəndaşına qarşı cinayət işinin istintaqı başa çatdırılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 maddəsi ilə (terror fəaliyyətinə ictimai çağırışlar) ittiham olunur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2022-ci ilin dekabrından 2023-cü ilin iyun ayına qədər Oryol şəhərində sosial şəbəkələrdən birinin qrup söhbətində, dini zəmində terrorçuluq fəaliyyətinə dair çağırışlar edib.

Cinayət işi üzrə sübutların toplanmasına yönəlmiş bir sıra istintaq və digər prosessual hərəkətlər həyata keçirilib. Gənc oğlan törətdiyi cinayətdə günahını tamamilə etiraf edib. Əvvəl məhkəmə onun barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçib. Cinayət işi təsdiq edilmiş ittiham aktı ilə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Oryol vilayətində apardığı əməliyyat-istintaq fəaliyyətinin materialları əsasında cinayət işi başlanıb.

Şərhlər

Yaz...