Tarix: 16 Sentyabr 2024 17:00 | Baxış sayı: 183
Təriqət rəhbərlərinə, şeyxlərə aldananlar da var    - Sosioloq

Təriqət rəhbərlərinə, şeyxlərə aldananlar da var - Sosioloq

“Din elə bir məsələdir ki, burada siyasi idarəetmə mümkün deyil. Çünki hər kəsin öz baxışları və fikirləri var. Dini istədiyi mənbələrdən öyrənir və heç də başqasının qəbul etdiyi ideologiyanı, təriqəti qəbul eləmir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı soydaşlarımızın yaşadığı dünyanın böyük şəhərlərinə din xadimlərinin göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, bu prizmadan baxdıqda belə şəxslərin təyin edilməsi mümkündür:

“Burada problem yoxdur. Amma gözləmək ki, bütün cəmiyyətdə müxtəlif inanclar, müxtəlif təfəkkürləri olan insanlar mütləq şəkildə onların dediyinə qulaq asacaq, onların dediyini yaşayacaqlar bunu gözləmək olmaz. Bu gün milyonlarla insanın bir-biri ilə fikirləri düz gəlmir. Hər kəsin öz baxışları, dinə öz prizmasından, öz araşdırmasından yanaşması var. Bunların arasında hansısa təriqət rəhbərlərinə, şeyxlərinə aldananlar da var. Bu onların öz seçimidir. Hər hansı bir üsülla onu məcbur eləmək olmaz ki, sən onun dediyinə deyil, bizim dediklərimizə inanmalısan. Yalnız sağlam, düzgün dini təbliğ etməklə Quranın özünü olduğu kimi insanlara çatdırmaq fəaliyyəti effekt verə bilər ki, vətəndaşlar həqiqi Quranı öyrənsinlər”.

Elçin Bayramlı əlavə edib ki, ən əsası insanlar saxta təriqətlərin təsiri altına düşməkdən çəkinməkdir:

“İdarə və dini rəhbərlərə gəlincə, yalnız dini mərasimlərin, bayramların təşkilində iştirak edə bilərlər. Amma bu şəxslərin vasitəsilə insanların şüurunu dəyişdirmək mümkün deyil. İnanclı insanlar görmək istəyiriksə, Quranı olduğu kimi çatdırmalıyıq”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır