Marneuli şəhərindəki Yeni il təbriklərinin yazıldığı bannerlərdə Azərbaycan dilinə yer verilməməsinə edilən ictimai tənqidlərdən sonra meriya düzəlişlər edib.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, meriya bannerlərdəki təbrik mesajlarına Azərbaycan dilini də əlavə edib.
Belə ki, bannerlərdə mövcud olan ingiliscə təbrik mətni Azərbaycan mətni ilə əvəz edilib.