“Yaxşı olardı ki, tələbələrə viza bir neçə illik verilsin. Məsələn, tələbə 4 illik təhsil alacaqsa viza da 4 illik müddətə verilsin”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində təhsil eksperti Məzahir Məmmədli deyib. Onun sözlərinə görə, xarici ölkələrin bəzilərinə viza almaq məsələsində problemlər yaşanıb:
“Azərbaycanda hər il qəbul imtahanlarından sonra tədrisin keyfiyyəti ilə razılaşmayan, ya da qəbul imtahanlarından yetəri qədər bal yığa bilməyən abituriyentlər xarici ölkələrə üz tutur. Tədris ilinin əvvəlində tələbələrin həmin ölkəyə qayıtmasında problemlər mövcuddur. Məndə məlumat var ki, Polşa, Rumıniya və s. kimi ölkələrə viza almaqda çətinliklərlə qarşılaşırlar”.
Ekspert təklif edir ki, xarici ölkələrdə təhsil alan tələbələr üçün viza birdəfəlik verilsə daha məqsədəuyğun olar
Jalə
Diaspora.TV