Tarix: 01.11.2024 / 21:00
Pezeşkiandan    Bakıya sanksiya tətbiq etməsi istənildi

Pezeşkiandan Bakıya sanksiya tətbiq etməsi istənildi

“Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində İran prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəyib.

Diaspora.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Sayt iddia edir ki, guya bəziləri saxta hesablamalar aparmaqla, İranı konfransda iştirak etməyə və BMT Konvensiyasi qarşısında “əsassız öhdəliklər” götürməyə məcbur etməyə çalışırlar.

“Sionist rejim" son bir ildə bir sıra beynəlxalq qurumlardan istifadə edərək Fələstin və Livana hücumlarını ört-basdır etməyə səy göstərib. İsrail son fəaliyyəti ilə Azərbaycanda keçiriləcək COP29 Konfransının gedişatını öz maraqlarına uyğun şəkildə yönləndirməyə hazırlaşır. Bu rejimin konfransda legitimləşdirilməsi İranın iqtisadi və siyasi suverenliyini zəiflətməklə yanaşı, İsrailin Qərbi Asiya bölgəsində maraqlarını təmin etmək və varlığını möhkəmləndirmək üçün bir yoldur” - deyə, Pezeşkiana ünvanlanan məktubda vurğulanıb.

Xəbər agentliyi sonda qərəzli şəkildə yazır ki, “sionist rejimə” dəstək vermək üçün Azərbaycanın son bir ildəki “düşmən mövqeyi” və konfransın arxasında duran məqsədləri nəzərə alınaraq, İran prezidentindən bu mövqeyin pislənməsi, eləcə də rəsmi Bakıya sanksiya tətbiq edilməsi tələb olunur.


Şərhlər

Yaz...