Tarix: 24.06.2024 / 09:09

Təkcə diaspor deyil, lobbi işini də gücləndirmək lazımdır - Çağırış

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Kanadada yaşayan soydaşımız, "Alberta" Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) rəhbəri Ceyhun Nəcəfli olub.

C.Nəcəfli verilişdə sədri olduğu cəmiyyətin fəaliyyətindən və Kanadada Azərbaycan diasporlarının gördüyü işlərdən bəhs edib.

Müsahibimizin sözlərinə görə, Kanadada azərbaycanlılar özəl günlərdə birgə tədbirlər və layihələr həyata keçirilər:

“Kanadada çox savadlı və ölkəmizi dərin məhəbbətlə sevən vətənpərvər soydaşlarımız var. Mən artıq 13 ildir Kanadada yaşayıram. Məndən əvvəl "Alberta" Azərbaycan Mədəniyyəti təsis olunmuşdu. Belə bir cəmiyyətun qurulması təqdirəlayiqdir. Hazırda həmin cəmiyyətə mən rəhbərlik edirəm. Mən də öz növbəmdə çalışıram ki, fəal olum, Azərbaycanın haqq səsini dünyaya çatdıraq”.

C.Nəcəfli qeyd edib ki, Zəfər savaşından sonra soydaşlarımız daha çox azərbaycançılığı təbliğ etməyə çalışıblar:

“Kanadanın Azərbaycandan çox uzaqda olmasına baxmayaraq hər zaman ölkəmizlə maraqlanır, Prezidentimizin çıxışları zamanı qürurlanırdıq. Cənab Prezident İlham Əliyevin “Dəmir yumuruq” siyasəti bizə çox ilham verdi. Hamımız birləşməyə, birgə tədbirlər keçirməyə daha çox can atdıq. İstədik ki, ölkəmizi tanıdaq”.

Qonağımız təsdiq edib ki, erməni diasporları Kanadada uzun illərdir fəaliyyətdədirlər:

“Ermənilərin güclü maddi dəstəyi var. Onlar artıq Kanada cəmiyyətində də öz sözlərini deyiblər. Biz də son 4 ildə çox fəal olduq. Nəticə etibarı ilə deyə bilərəm ki, şəxsən Alberta əyalətində bizim sözümüz ermənilərdən daha çox eşidilir. İcazə vermirik ki, yalan məlumatlar yaysınlar”.

“Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadaya gəlmişdi. Cəmiyyətlər və təşkilatlar hamımız bir araya toplandıq, ona gördüyümüz işlərdən bəhs etdik. Düşünürəm ki, belə tədbirlərin olması, addımların atılması diasporları da ilhamlandırır”, - deyə C.Nəcəfli bildirib.

Cəmiyyət rəhbəri əlavə edib ki, təkcə diaspora deyil, lobbiçilik istiqamətində də fəal olmayılıq:

“Bir layihə edib, geri çəkilmək olmaz. Lobbi işini də gücləndirmək lazımdır. Bizim hazırda ən çox istəyimiz odur ki, bir qurum, təşkilat, yaxud da kurs yaradılsın, uşaqlarımız ana dilini unutmasınlar. Professinal formada dərslər keçilsin və dilimizi öyrənsinlər. Çünki bu məsələdə ailələr çətinlik çəkirlər. Ətrafımız ingilis dili ilə əhatə olunub. Çox istərdik ki, övladlarımız dillərini unutmasınlar, doğma dillərində aksentli danışmasınlar”.

Şərhlər

Hüseynov yaşar

Bütün atılan addımları alqışlayıram. Lobbiçilik bu sahədə vacib elemrntlərdən biridir.bəzən düşmənində taktikasından istifadə etmək lazımdır. Xüsusi proqram tərtib edərək çox böyük sıçrayış etmək olar.

25.06.2024 / 15:40

Yaz...