“Tədbirlərin çoxuna diaspora xətti ilə gedirik. Xaricdə yaşayan soydaşlarımız adət-ənənələrimizə, mədəniyyətimizə yüksək səviyyədə qiymət verirlər”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova deyib.
N.Teymurova bildirib ki, həmvətənlərimiz adət - ənənələrimizi qoruyub saxlayırlar:
“Bizləri də layiqincə qarşılayırlar. Soydaşlarımız vətənimiz üçün çalışırlar və getdiyim yerdə də təşkilatçılıq yüksək səviyyədə olur. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərin minnətdarlğımı bildirirəm”.
Xalq artisti qeyd edib ki, diaspor işi hər bir ölkədə layiqincə həyata keçirilir:
“Hansı ölkədə səfərdə olmuşuqsa, Azərbaycan mədəniyyəti böyük maraqla qarşılanıb. Muğamlarımız xaricdə hər zaman fantastik mövqe tutub. Öz muğamlarımızı xarici ölkələrdə təmsil edirik”.
Xəyalə Zöhrab
Diaspora.TV