Tarix: 16.12.2024 / 13:45
Gəmi batır: 12 azərbaycanlı suda qaldı   - VİDEO

Gəmi batır: 12 azərbaycanlı suda qaldı - VİDEO

Türkiyənin "Lady Fortune" gəmisi Kerç boğazında qəzaya uğrayıb. Gəmidəki 13 nəfərdən 1-i Türkiyə, digər 12-si isə Azərbaycan vətəndaşları olduğu bildirilir. Gəminin hazırda boğazdan dənizə çıxa bilmədiyi, su və qida ehtiyatının tükəndiyi vurğulanır.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Dənizçilərin Həmkarlar İttifaqı (RPSM) məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Lady Fortune” Kerçdən ayrılaraq Türkiyəyə yola düşüb. Lakin çətin hava şəraiti və ekipajdakı daxili problemlər səbəbindən Rusiya sularına doğru irəliləyiblər. Dənizçilər gəminin texniki vəziyyətindən, 6 aydır onlara maaş verməyən işəgötürəndən, yemək ehtiyatlarının tükəndiyindən şikayətlənirlər.

Onlar Beynəlxalq Dənizçilər İttifaqı ilə əlaqə saxlaya bilmədikləri üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət ediblər.

Ekipaj Temryuk limanına daxil olmağa görə icazə istəyir.




Şərhlər

Yaz...