Tarix: 26.03.2024 / 16:42
Təbrizdəki tarixi abidə məhv edilir

Təbrizdəki tarixi abidə məhv edilir

Təbrizin tarixi “Bağmeşə Qapısı” abidəsi dağılmaq təhlükəsi ilə üzləşib.

Diaspora.tv xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Tarixi abidənin baxılmaz vəziyyətdə qalması dağılmasına əsas səbəb kimi göstərilib.

Qeyd edək ki, “Bağmeşə Qapısı” abidəsi tarixi Təbriz qalasının 8 qapısından biridir. Sorxab Qapısı, Xiyavan Qapısı, Nobar Qapısı, Miyarmiyar Qapısı, Gəcil Qapısı, İstanbul Qapısı, Dəvəçi Qapısı kimi “Bağmeşə Qapısı” da baxımsızlıqdan tarixin “yaddaşına” hopur.



Şərhlər

Yaz...