Tarix: 12.10.2024 / 12:40
Təbriz-Tehran uçuşunda azərbaycanca "Xoş gəldin"    deyən bələdçi işdən qovuldu

Təbriz-Tehran uçuşunda azərbaycanca "Xoş gəldin" deyən bələdçi işdən qovuldu

Şərqi Azərbaycana məxsus olan "Ata" Hava Yolları şirkətinin Tehran-Təbriz uçuşunda sərnişinlərə Azərbaycan türkcəsində "Xoş gəldin" deyən təyyarə bələdçisi işdən qovulub.

Diaspora.TV xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirilib ki, bununla bağlı açıqlama yayan "Ata" Hava Yollarının əməliyyat bölməsinin rəhbəri Saman Axte faktı təsdiq edib.

"5606 saylı Tehran reysi ilə Təbrizə uçan sərnişinlərin ifadələrinə və bəzi sərnişinlərin şikayətlərinə əsasən, lazımi araşdırmalar apardıqdan sonra bildirirəm ki, bu reysin stüardessası qaydalar çərçivəsində hərəkət etməmiş və sərnişinləri türk dilində ifadələrlə qarşılamışdır. Bu, qanun və qaydalara ziddir. İlkin qərara əsasən, bələdçinin bir il müddətinə işdən kənarlaşdırılmasına və işinə baxılması üçün onun dosyesinin pozuntulara qarşı mübarizə şöbəsinə təqdim edilməsinə qərar verilmişdir",-deyə Saman Axte bildirib.

Bununla yanaşı bundan sonra uçuşlarda qonaqlara türk dilində "Xoş gəldin" deməyin də qadağan edildiyi diqqətə çatdırılıb.




Şərhlər

Yaz...