Tarix: 11.10.2024 / 14:24
Təbriz-Tehran reysində Azərbaycan dilində    "Xoş gəldin"ə etiraz

Təbriz-Tehran reysində Azərbaycan dilində "Xoş gəldin"ə etiraz

Şərqi Azərbaycana məxsus olan "Ata" hava yolları şirkətinin təyyarəsində sərnişinlərə Azərbaycan türkcəsində "Xoş gəldin" deyilməsinə panfarsistlər etiraz ediblər.

Diaspora.TV xəbər verir ki, bu barədə sosial media platformalarında məlumat yayılıb.

Tanınmış sosial media fəalı, panfarsist siyasi cərəyana mənsub Əmir Seyyidin məsələ ilə bağlı paylaşım edib və narahatlığını bildirib:

"Ata" aviaşirkətinin 5056 nömrəli Tehran-Təbriz uçuşunda hostes türk dilində sərnişinləri salamlayıb, "Xoş gəldin" dedi, maraqlandım və bunun iki həftədir belə olduğunu bildirdilər. Bilmirəm İranın rəsmi dövlət dili dəyişib, yoxsa "Ata" aviaşirkətinin rəhbərliyinə separatçılar gətirilib".

Qeyd edək ki, "Ata" aviaşirkəti 2018-ci ildə "Traktor" Futbol Klubunun sahibi, tanınmış azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi tərəfindən təsis edilib./ GünazTV

Şərhlər

Yaz...