Tarix: 18.06.2024 / 17:27
Həbsxanada saxlanılan milli fəallar  bəyanat yaydı

Həbsxanada saxlanılan milli fəallar bəyanat yaydı

Təbriz həbsxanasında saxlanılan milli fəallar bəyanat yayaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı məhbuslara qarşı təzyiqləri pisləyiblər.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli insan haqları təşkilatları məlumat yayıb.

Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşarın yaydığı bəyanatda məhkəmə və təhlükəsizlik orqanlarının təzyiqlərinə etiraz olaraq Tehranın Evin həbsxanasında aclq aksiyası keçirən fəalların təkadamlıq kameralara salınmalarını pisləyiblər.

Təbriz həbsxanasındakı fəallar onların istəyinin yerinə yetirilməsini, barələrində irəli sürülən ittihamlarla bağlı məhkəmə iclaslarının açıq keçirilməsini tələb ediblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar tahir Əfşar da aclıq aksiyasına əl atıblar./GünazTV



Şərhlər

Yaz...