Tarix: 07.10.2024 / 13:40
"Tbilisoba 2024" xalq bayramında milli atributlarımız    nümayiş olunub

"Tbilisoba 2024" xalq bayramında milli atributlarımız nümayiş olunub

“Tbilisoba- 2024” ilə əlaqədar Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Etnoqrafiya Muzeyində Azərbaycan güşəsi təşkil olunub.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, azərbaycanlı icmasına məxsus güşədə milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və milli mətbəximiz nümayiş etdirilib.

Gürcüstanın mədəniyyət nazirinin müavini guşənin qonağı olub, aşıq Nargilə Mehtiyevanın və tarzən Ramin Pirməmmədovun ifalarını dinləyib.

Bununla birgə, qonaqlar milli mətbəximizin ən bariz nümunələrindən biri olan qurudlu xəngəlin hazırlanması ilə tanış olublar.

Bura gələn qonaqlar samovar çayı ilə şəkərbura və paxlavanın, "Borçalı qatlaması"nın və digər milli təamlarımızın dadına baxıblar. Burada həmçinin, qədim Borçalı xalçaları da nümaiş etdirilib. Guşələri ziyarət edənlərə milli mətbəximizin və mədəniyyətimizin tarixi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, "Tbilisoba" bayramı Gürcüstanda məhsul bayramı deməkdir. İlk dəfə 28 oktyabr 1979-cu ildə keçirilib. Daha sonra isə hər il keçirilərək ənənə halını alıb.


Şərhlər

Yaz...