Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayan İsfəndiyar Əhmədov mayın 29-da qəfldən vəfat edib. O, mayın 30-da Azərbaycanda dəfn olunub.
Diaspora.TV xəbər verir ki, İsfəndiyar Əhmədov Azərbaycan icmasının aparıcı şəxslərindən olub və 10 il “Xarı-Bülbül” Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edib.
Naberejnıye Çelnı şəhərinin aidiyyəti rəsmi qurumları tərəfindən İ.Əhmədovun vəfatı ilə bağlı başsağlığı verilib.
Qeyd edək ki, İsfəndiyar Əhmədovun ölümünü Tatarıstanda yaşayan soydaşlarımız da dərin hüznlə qarşılayıblar.
Xatırladaq ki, İ.Əhmədov biznes fəaliyyəti ilə məşğul olub. Onun şirkəti layihə sənədlərinin aparıcı tərtibatçılarından biri hesab olunurdu. Əhmədovun yeganə təsisçisi olduğu “Kamstroyinvest” Tacikistan Respublikasının Dövlət Administrasiyasının sifarişlərini yerinə yetirib. Sonuncular arasında Razvitie sənaye parkı, şəhərin ictimai yerləri və bələdiyyə müəssisələri üçün sənədlərin hazırlanması daxildir.
İ.Əhmədov həmçinin “Titan” özəl mühafizə şirkəti və “Bakı həyatı” restoranının sahibi olub.
Akif
Allah rəhmət eləsin
31.05.2024 / 15:49