Tarix: 30.04.2024 / 12:10
Tanınmış həkim-cərrah Şapur Ənsəri  Cəbrayıl və Şuşada

Tanınmış həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşada

Azərbaycanda səfərdə olan tanınmış həkim-cərrah Şapur Ənsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu və Şuşa şəhərinə səfər edib. Həmyerlimizin səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.

Diaspora.TV komitənin saytına istinadən xəbər veri ki, həmyerlimiz azərbaycanlıların bu günü illərdir həsrətlə gözlədiyini bildirib:

“Biz azərbaycanlılar bu günü çox həsrətlə gözləmişik, nəhayət Arazın bu tayındayıq. Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı, müzəffər ordumuz onu əsl sahibinə qaytardı”.

Daha sonra nümayəndə heyəti ilə birlikdə Şuşa şəhərinə yollanan Şapur Ənsəri Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın dağıdılmış ev muzeyini, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Aşağı Gövhər ağa məscidini, Şuşa qalasını, Cıdır düzünü ziyarət edib.

Qonaqları müşayiət edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova şəhərdə bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, qonaqlar həyata keçirilən işlərlə tanış olublar.






Şərhlər

Yaz...