Tarix: 09.06.2024 / 11:23
Tanınmış azərbaycanlıya  Rusiyada cinayət işi açıla bilər

Tanınmış azərbaycanlıya Rusiyada cinayət işi açıla bilər

“Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı keçmiş oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, onu iki ilə qədər həbs gözləyir.

Rövşən Əsgərovun (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) xarici agentin fəaliyyət qaydalarını pozduğu iddia olunur.

“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən yayındığına görə cinayət işi ilə üzləşir (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi). İki il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, R.Əsgərov 2022-ci ilin dekabrında xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də araşdırılır. İstintaq müəyyən edib ki, o, öz Facebook səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Təqsirləndirilən şəxs federal axtarışdadır.


Şərhlər

Yaz...