Tarix: 11.10.2024 / 10:53
Tanınmış azərbaycanlı fəal məhkəməyə    çağırılıb

Tanınmış azərbaycanlı fəal məhkəməyə çağırılıb

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.

Diaspora.TV xəbər verir ki, bununla bağlı, milli fəal öz “Telegram” kanalında paylaşım edib.

Abbas Lisaninin sözlərinə görə, məhkəməyə çağırışla əlaqəli ona elektron bildiriş göndərilib.

Bildirişdə yazılıb:

“Siz məhkəmə işinizlə bağlı 10 gün ərzində cəriməni ödəmək üçün məhkəməyə gəlməlisiniz. Bundan əlavə, cəriməni ödəmək üçün vaxtında gəlsəniz, sizə mümkün 20% endirim ediləcək”.

Şərhlər

Yaz...