“Bu ilin sonu və ya gələn ilin əvvəlində həyat yoldaşımla səyahət planı hazırlamışıq. Biz Azərbaycana, Bakıya uçmaq istəyirik. Azərbaycanın gözəlliyinə heyran olacağıma əminəm”.
Diaspora.Tv xəbər verir ki, bu barədə açıqlamanı “Molodejka” serialının aktyoru Vladislav Kanopka “Moskva-Bakı” ya müsahibəsində deyib.
Aktyor karyera planlarından bəhs edib. O, eyni zamanda gələcək arzularını dilə gətirərkən Bakını görmək istədiyini vurğulayıb.
“Bakı ultra müasir, futuristik şəhərdir. Fotoşəkillərdən gördüklərim təsir edicidir, bilirəm ki, orada Zaha Hadidin memarlığı ilə tanış olmaq olar. Əminəm ki, Bakının gözəlliyinə heyran olacam. Mən özüm Qafqazda bir neçə dəfə olmuşam, onun mədəniyyəti həmişə heyranedici olub. Qafqaz həmişə qonaqpərvərdir, sənə həmişə elə diqqət göstərilir ki, sanki super ulduzsan”,- deyə Kanopka qeyd edib.