Tarix: 16.04.2024 / 17:54
Tallində yaşayan soydaşımızın Vaşinqtonda sərgisi açılıb

Tallində yaşayan soydaşımızın Vaşinqtonda sərgisi açılıb

Tallində yaşayan soydaşımız Rövşən Nurun Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə “Azərbaycan naxışları” adlı rəsm sərgisi açılıb. Sərgi aprelin 15-dək davam edib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, sərgidə rəssamın Azərbaycan mədəniyyətinin zəngin irsini tərənnüm edən əsərləri nümayiş olunub. Rövşən Nur sərgi çərçivəsində uşaqlar üçün ustad dərsləri deyib.

Bakıda anadan olan Rövşən Nur Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Estoniyada Tallin Rəssamlıq Akademiyasında bacarıqlarını daha da inkişaf etdirib və əsərlərində ənənələrin novatorluqla üzvi şəkildə birləşdirən fərqli üslublu rəssam kimi formalaşıb.

Şərhlər

Yaz...