Taliban və Azərbaycan İrandan yan keçərək ticarət dəhlizi yaratmağı planlaşdırır.
Diaspora.TV xəbər verir ki, bu barədə “Eghtesad-e Moaser” saytı “Lacivərd dəhlizi”nə toxunaraq qərəzli videçarx hazırlayıb.
Bildirilib ki, Əfqanıstandan başlayan “Lacivərd dəhlizi” Türkmənistan üzərindən Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya uzanacaq.
Yeni dəhliz layihəsi ilə bağlı qərəzli mövqe bildirən sayt qeyd edib ki, “bu dəhlizin ticarət layihəsi olmasına baxmayaraq, siyasi bir oyun kimi diqqət çəkir”.
Videoçarxda vurğulanıb ki, Azərbaycan və Taliban dəhliz üzərində işləmək barədə razılığa gəlib.
“Belə bir sual ortaya çıxır ki, “niyə İran və Rusiya kimi əhəmiyyətli və qısa marşrutdan istifadə etmək əvəzinə, daha çox maliyyə tələb edən mürəkkəb bir yol tikilir?” Türkiyə və Azərbaycan İranın vacib və strateji yollarını məhdudlaşdırmağa və Zəngəzur dəhlizini daha da önə çıxarmağa çalışırlar. Ancaq “Lacivərd dəhlizi” yalnız kağız üzərində cəlbedici ola biləcək bir layihədir. Bu layihə siyasi bir addım kimi görünür. Dəhlizin gələcəyi necə olacaq? Gəlin, gözləyək və görək!”, - deyə məlumatda bildirilir.