Tarix: 15.10.2024 / 22:34
Tacikistandan Rusiyaya çağırış - tacik miqrantların    hüquqları qorunsun!

Tacikistandan Rusiyaya çağırış - tacik miqrantların hüquqları qorunsun!

Tacikistanın İnsan Hüquqları üzrə Müvəkkili Umed Bobozoda Rusiya Ombudsmanı Tatyana Moskalkovaya Rusiyada tacik əmək miqrantlarının hüquqlarına riayət olunmasına nəzarəti gücləndirmək çağırışı ilə müraciət edib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Bobozoda müraciətində mediada və sosial şəbəkələrdə miqrantların hüquqlarının tez-tez pozulduğunu göstərən çoxsaylı xəbərlərə istinad edib.

Bobozodanın sözlərinə görə, Tacikistan vətəndaşları tez-tez sərhəddə qeyri-qanuni və özbaşına saxlanma, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən pis rəftar, təhqir və hətta fiziki zorakılıqla üzləşirlər. Bununla bağlı Tacikistanın ombudsmanı Moskalkovanı tacik miqrantlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görməyə və bu kimi hadisələrə nəzarəti gücləndirməyə çağırıb.

Bundan əvvəl respublikanın baş naziri Kohir Rəsulzoda Rusiya Federasiyası və Tacikistan hökumətlərarası komissiyasının iclasında Düşənbənin Rusiya Federasiyasında ölkə vətəndaşlarının üzləşdiyi problemlərdən narahat olduğunu bildirib. Daha sonra Tacikistan Xarici İşlər Nazirliyinin rəhbəri Sirojiddin Muxriddin qeyd edib ki, Düşənbə həm yerli sakinlərin, həm də xarici vətəndaşların maraqlarını nəzərə alaraq MDB məkanında miqrasiya probleminin həllinə kompleks yanaşmanın tərəfdarıdır.

Şərhlər

Yaz...