Tarix: 13.08.2024 / 11:54
Tacik miqrant həbs edildi,   rus məşuqəsi müdafiəsinə qalxdı

Tacik miqrant həbs edildi, rus məşuqəsi müdafiəsinə qalxdı

Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunan tacikistanlı Novosibirsk şəhərinin Kalininski rayon məhkəməsi qarşısına çıxıb.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, miqrantın məhkəmə qarşısına çıxarılmasına səbəb olan hadisə hələ yaz aylarında baş verib və bu olay mediada səs-küy yaradıb.

Beləliklə, hadisə miqrantlara qarşı xüsusi nifrəti olan Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin diqqətini çəkib və o, məsələnin nəzarətə götürülməsi barədə göstəriş verib.

Belə ki, 10 ildir Rusiyada yaşayan tacik qəssab Dalerjon Achilov işlədiyi dükanda bir rus qadınla mübahisə edib. Mübahisə əsnasında qəssab rus qadının oğluna qarğış edib. Oğlu rus ordusunda xidmət edən qadın da onun bu hərəkətindən polisə şikayət edib. Polis isə 10 il müddətində Rusiyada yaşayan, vətəndaşlıq almağa hazırlaşan əmək miqrantına qarşı Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə cinayət işi açıb.

Cavabdeh isə öz növbəsində iddia edir ki, ona böhtan atılıb. Miqrantın ailəsi - həyat yoldaşı və iki uşağı vətənlərinə deportasiya edilib.

Miqrantın məşuqəsi onu dəstəkləmək üçün məhkəməyə gəlib. Məşuqənin bildirdiyinə görə, onlar beş ildir vətəndaş nikahında yaşayırlar. Məşuqə bildirib ki, qəssabı məhkəməyə verən şəxs qisas almaq məqəsədilə böhtan atıb.

Şərhlər

Yaz...