Tarix: 02.09.2024 / 13:20
Tacik diasporunun yeni avtoritetləri   – Cadugərlər

Tacik diasporunun yeni avtoritetləri – Cadugərlər

Taciklər Rusiya Federasiyasında ən böyük asiyalı diasporlarından biridir və onları fərqləndirən təkcə say kəmiyyət, yaxud adlarının son vaxtlar terrorda hallanması deyil, həm adlı-sanlı cadugərləridir.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Rusiyadakı tacik cadugərlərin, yaxud Rusiya mediasının dediyi kimi, maq və ya sehirbazların xidmətindən təkcə Orta Asiyalılar deyil, həm də ruslar “faydalanır”.

Maraqlıdır ki, Tacikistanın özündə belə şarlatanlığa görə sərt cəza tətbiq ediləcəyi (7 ilə qədər həbs) elan olunub:

“Bütün şəxslər cəzalandırılacaq - cadugərlərə və falçılara müraciət edənlər Daxili İşlər Nazirliyinin ərazi orqanlarına çağırılaraq barələrində müvafiq protokollar tərtib olunacaq, onların məlumatları və fotoşəkilləri idarənin məlumat bazasına daxil ediləcək”.

Rəsmi statistikaya görə, Tacikistanda təkcə avqust ayında “ölkəyə ziyan vuran” 150 cadugər tutulub.

Bu qərardan sonra RF-də tacik cadugərlərin sayının artacağı ehtimal edilir. Onların Orta Asiyada müəyyən qədər saxlanılan şaman ayinlərindən də istifadə etdiyi deyilir.

Rusiyadakı xristian və müsəlman din xadimləri nə qədər onları lənətləyib yalanlasa da, “şaman-maq”ların nüfuzu və qazancı tədricən artır.


Şərhlər

Yaz...