Rus hərbçiləri Voljskidə döyən şəxslər xüsusi əməliyyat zonasına getmək istədiklərini bəyan ediblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 22-də Voljskidə Skripki küçəsində baş verib. Yerli sakinlər tanımadığı şəxslərin davranışlarından qəzəbləniblər. Onlar yoldan keçənləri saxlayıb və döyüblər.
Rusiya mediyasının yazdığına görə hadisə ilə bağlı cinayət işi açılıb.
Hər iki yerli sakin xuliqanlıqda şübhəli bilinib, onlardan birinin Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Onlar etdikləri əməllərdən peşman olduqlarını və hərbçiləri “qəfil şəxsi düşmənçilik zəminində” döydüklərini etiraf ediblər.
“Bilmirdik ki, bu şəxslər xüsusi hərbi əməliyyatın iştirakçılarıdır. SVO-nun aparılmasına müsbət münasibət bəsləyirəm və lazım gələrsə, döyüş bölgəsinə getməyə hazıram”, - deyə azərbaycanlı bildirib.
Digər şəxs də "lazım gələrsə vətəni müdafiə etməyə" hazır olduğunu bildirib.
https://vk.com/video-11527738_456244090