Tarix: 28.10.2024 / 11:08
Sverdlovskda kişilər rus qızlarının əyləndiyi    azərbaycanlılardan şikayət edib

Sverdlovskda kişilər rus qızlarının əyləndiyi azərbaycanlılardan şikayət edib

Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə idarənin istintaq şöbəsinin rəisi Konstantin Miroşniçenko miqrantların qanunsuz hərəkətləri ilə bağlı KİV-də yayılan məlumatların yoxlanılması zamanı azərbaycanlılarla bağlı şübhələri müəyyən edib.

Diaspor.TV Rusiya mediasına istinadən xəbər verir ki, söhbət Sverdlovsk vilayətinin Krasnoufimski rayonunun Natalinsk kəndindəki vəziyyətdən gedir. İstintaq Komitəsinə daxil olan məlumata görə, Azərbaycandan gələnlər yaxınlıqdakı meşəlik ərazini ət emalı tullantıları ilə zibilləyir.

Komitə iddia edir ki, bu yeganə problem deyil. Kənd sakinləri həmçinin bildirirlər ki, qonaq gələn azərbaycanlılar yerli gənclərə qarşı qanunsuz hərəkətlər edir, gənc qadınlarla əyləncə məclisləri təşkil edirlər.

Görünən odur ki, yerli kişilər gənc rus qızlarının nisbətən maddi imkanlı azərbaycanlılarla əylənməsini özlərinə sığışdıra bilmirlər.

Şərhlər

Yaz...