Kaliforniyadakı Azərbaycan icması “X” platformasında Azərbaycana qərəzli münasibəti ilə seçilən, rəsmi Bakıdan istədiyini ala bilməyən Avropa parlamentarisi və Almaniya Bundestaqının üzvü Frank Şvabe barədə rüsvayedici paylaşım edib.
Diaspora.TV xəbər verir ki, paylaşımda deyilir:
"Almaniyada hər dəfə Bundestaq seçkiləri olanda bu saxta hekayə “rahat” olaraq ortaya çıxır. Münhen məhkəməsi bu işlə yanvar ayından məşğul olur, lakin onlar yalnız Bundestaqda yeni seçkilər elan edildikdən sonra hərəkətə keçməyə qərar veriblər. Hədəf? Azərbaycana qarşı köhnə materialdan silah kimi istifadə etmək".