Tarix: 18.08.2024 / 13:20
Berlində saxlanılan 199 yaşlı Şuşa xalçası  Bakıya gətirildi

Berlində saxlanılan 199 yaşlı Şuşa xalçası Bakıya gətirildi

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib.

Diaspora.TV Azərbaycan Milli Xalça Muzeyinin saytına istinadla xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, “İşiq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib.



O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.

Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasının nadir sənətkarlıq nümunəsi ilə zənginləşdirilməsinə töhvə verən Hocat Abasiyə təşəkkürünü bildirib.

Şərhlər

Yaz...