Tarix: 29.08.2024 / 14:34
Surqutdakı dəhşətli QƏTL: Azərbaycanlını reket azərbaycanlı öldürüb  - FOTO/Yenilənib

Surqutdakı dəhşətli QƏTL: Azərbaycanlını reket azərbaycanlı öldürüb - FOTO/Yenilənib

Xəbər verdiyimiz ki, ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.

Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.

Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub.

İddia olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq - pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb.


14:34

Qeyd edək ki, Allahqulu Səfərovun atası Əlihüseyn Səfərov Şatıroba kəndində xeyriyyəçiliklə məşğuldur, kənddə yeni məscid tikdirib, imkansız ailələrə dəstək olur.

Xatırladaq ki, Allahqulu Səfərov idmançı olub.

Diaspora.TV


Şərhlər

Yaz...