Tarix: 12.12.2024 / 12:20
Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı -   Hikmət Hacıyev

Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı - Hikmət Hacıyev

Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.

Diaspora.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: “Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı”.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Şərhlər

Yaz...