Tarix: 04.09.2024 / 07:40
 Suriya ərəbləri Moskavada yaşayan xanım soydaşımıza    dəvət göndərib

Suriya ərəbləri Moskavada yaşayan xanım soydaşımıza dəvət göndərib

Rusiyada yaşayan həmyerlimiz dramaturq-ssenarist Lalə Əliyeva-Klıçkova Moskva Müasir İncəsənət Teatrının baş rejissoru Ruslan Bankovski ilə növbəti möhtəşəm layihə üzərinə işləyir.

Diaspora.TV Moskva-Baku portalına istinadən xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.

“Layihə bu günə qədər davam edən bir detektiv komediyanın davamıdır. Hazırda Lalə ilə yeni bir layihənin pilot epizodunu yazmışıq və həqiqətən də onun çox yaxın vaxtlarda çəkiləcəyinə ümid edirik. Bir sözlə, film Rusiyanın hüquq-mühafizə orqanlarından biri haqqındadır. Çəkilişlər Rusiya və Belarusda planlaşdırılır, çünki serialda bu ölkələrin ittifaq dövləti çərçivəsində dost siyasi qarşılıqlı əlaqəsi nəzərə alınıb. Ona görə də iki dövlətin hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətini göstərmək bizim üçün çox vacibdir. Müvafiq olaraq, seriala Rusiya-Belarus rəssamları cəlb olunacaq”, - deyə rejissor bildirib.

Rejissor əlavə edib ki, Əliyeva-Klıçkova “Malçışnik” filminin tammetrajlı ssenarisini də bitirib və yaxın vaxtlarda filmi çəkməyə hazır olan prodüserlə baş qəhrəmanları razılaşdıracaq:

“Yeri gəlmişkən, Lalə xanımın eyni adlı tamaşası iyun ayında Suriya Ərəb Respublikasında nümayiş etdirilib və tamaşa o qədər xoşlarına gəlib ki, təkrar sözügedən ərəb ölkəsinə dəvət edilib”.

Şərhlər

Yaz...