Tarix: 04.09.2024 / 19:00

Sünik koridoru İranı cəhənnəmə aparır

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

- İran Zəngəzur koridoru ilə bağlı mövqeyinə yenidən baxmalıdır.

RF XİN rəsmisi M.Zaxarova Zəngəzur koridoru ilə bağlı İranın narazılığını gündəliyə gətirdi, amma geniş açıqlama vermədi. Rusiya tərəfindən Zəngəzur koridoru ilə bağlı İranın mövqeyi haqqında ilk dəfə aşkar açıqlama verilirdi. Ondan bir az əvvəl V.Putin Bakıda idi. V.Putinin Bakıda olması İranı ciddi narahat etdi. V.Putin Bakıda Şimal-Cənub dəmir yolu marşrutundan danışmışdı. Prezident İlham Əliyev Azərbaycanın öz ərazisində bu marşrut üçün görülən işlərdən danışmışdı.

Şimal-Cənub dəmir yolunun tikintisinə əsas maneə İrandır. İran Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı yolun keçəcəyi torpağın geodeziyasına imkan vermir.

Qaz svopu məsələləri də müzakirə edildi. İranın da bu diqqətindədir.

Həftənin birinci günü axşam “Kompas” verilişindən hesab etmək olar ki, İran Rusiyaya ritorik və ardınca da diplomatik “müharibə” elan etdi. Rusiyanın səfiri V.Dedov İran XİN-ə çağırılıb, konsulluq idarəsinin rəisi Müştəba Dəmirçilu onunla söhbət edib. Söhbətin mövzusu Qafqaz regionu olub. Rusiyanın Qafanda konsulluq açması və RF XİN-nin Sünik koridoru ilə bağlı dedikləri olub.
İran üç il bundan əvvəl Zəngəzur koridorunu özü üçün həyati zəruri əhəmiyyətli kommunikasiya vasitəsi adlandırmışdı. İranın Avropaya yolu Zəngəzur koridoru, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə gedəcəkdir. Oradan neft, qaz kəməri də çəkəcək, dəmir və avtomobil yolu tikəcək. Təxminən 15 ildir İran düşünür ki, Şimal-Cənub avtomobil yolu da Ermənistan ərazisində çəkiləcək, dəmir yolu da keçəcək. İran-Ermənistan qaz kəməri daha da genişləndiriləcək və İran Ermənistandan Gürcüstan ərazisinə qaz kəməri tikəcək. Təxminən 15 ildir Azərbaycanın Şimal-Cənub dəmir yolu tikintisinə İran maneəçilik törədib və Süniki də əlində saxlamağı Avropa ilə əlaqəsini Türkiyə və Azərbaycana etibar etməməsi ilə əsaslandırıb. İndi Türkmənistan qazını alır və onun qazını Avropaya çıxarmağa vəd verir. Avropaya çıxarmaq işini Sünik koridoru vasitəsilə görə bilmir. Çünki Sünik koridorunda İran heç bir iş görməyib, görməyə vəsaiti də yoxdur. İrandan Ermənistan istiqamətində üçüncü yüksək gərginlikli elektrik xətti bəlkə də 20 ildir tikilə bilmir. İranın o işi görməyə vəsaiti yoxdur. İrandan Ermənistana qaz kəməri, dəmir yolu çəkmək bahalı layihələrdir. Dəmir yolunun axırıncı variantı 5 milyard dollar idi.

İndi türkmən qazını Avropaya çıxarmaqdan ötrü o Türkiyəyə yalvarmalıdır. R.T.Ərdoğan ali dini liderin vaxtilə ona dediyi kəskin ifadələri yenidən İran tərəfə qaytara bilər. Ali dini liderin ətrafında olan köməkçiləri, məruzə hazırlayanlar ona hörmət etmirlər. Türkmən qazı İran ərazisindən gedəcəksə Türkiyədən Avropaya getməyəcək, Türkiyə buna imkan verməyəcək. Bu yolda texniki maneələr də var. R.T.Ərdoğan Sünik koridoru ilə bağlı ali dini liderin ona dediyi sərt sözləri geri götürməyi tələb edəcək. İranın siyasətinin məntiqsizliyi aşkar İran dövlətinin əleyhinə çevrilir.

Türkmənistan qazının İran ərazisi vasitəsilə Avropaya çatdırılması çox böyük məsələdir. İranla Türkmənistan arasında qaz ədavəti hələ də durur. Türkmənistan Beynəlxalq Məhkəməyə verib, iddiasını geri götürməyib. İran Türkmənistanı aşkar aldatdı. M. Əhmədnecadın dövründə müqavilə üzrə İran Türkmənistandan qaz alırdı. Sonradan qış sərtləşdi və İran Türkmənistandan qaz alışını artırdı. Türkmənistan yeni müqavilə imzalamağı tələb etdi, İran buna qulaq asmadı. Sonradan dünya bazarında qazın qiyməti təxminən 3-4 dəfə bahalaşdı. Türkmənistan yeni qiymətlə qazını ödəməyi tələb etdi, İran bununla razılaşmadı və Türkmənistan Beynəlxalq Məhkəməyə verdi. İranın mövzunun həlli kimi aldığı qazın əvəzinə barter etmək istədi. Barter məhsullarının siyahısı Türkmənistanı qane etmədi və bu da baş tutmadı. Türkmənistan qazını İran ərazisi vasitəsilə reallaşdırmağa məcburdur. Çünki Rusiya Mərkəzi Asiya regionu və Çinin qaz bazarını Türkmənistanın əlindən alır. Türkmənistan idarəçiliyinin bəzi spesifik məsələlərinə görə Türkmənistan Mərkəzi Asiya regionu ölkələrinə qaz satmağa o qədər də meylli deyil. Rusiya Mərkəzi Asiya regionu bazarını ələ götürəndən sonra və Çinə də baş qoşandan sonra Türkmənistan narahat oldu. RF-nin acığına qazını İran vasitəsilə Türkiyəyə və oradan da Avropaya çıxarmaq istəyir. İran da Rusiyaya onun qazına alternativ tapdığını sübut etmək istəyir.

İranın Rusiya qazından, xüsusilə Azərbaycan Respublikası ilə svop olunan qazından ehtiyacı yoxdur. Bu maraqların toqquşmasıdır. İşin kökündə əsasən Türkiyənin səhvi dayanır. Çünki Türkmənistan doğrudan da Aİ-yə Azərbaycan ərazisi vasitəsilə qaz satmaq istəyirdi. Azərbaycan buna razı idi. Ərazisini verir, Türkmənistan qaz kəməri tiksin və yaxud Avropa Türkmənistan qazını aparsın. Azərbaycan iştirak etməyəcək, çünki Azərbaycan Türkmənistanın xüsusiyyətinə bələddir. Belə olan bir dövrdə Türkiyə Türkmənistan qazını nəql etmək üçün şərtləri ağırlaşdırdı, özünə çox vəsait götürmək istədi. Türkiyə Azərbaycanla da bir müddət belə rəftar etmişdi. Bu məsələyə görə Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, Türkiyəyə və oradan da Avropaya nəqli alınmadı. İndi Türkiyə Türkmənistan qazının Avropa ərazisindən qəbul etməsinə çox iştahlıdır, sevinir. Hətta bunu Avropaya ötürəcəyini də vəd verib. Sonradan Azərbaycan yadına düşdü. Türkiyənin ortalığa qoyduğu variant- türkmən qazı İran ərazisi ilə Azərbaycanın Naxçıvana keçir, oradan Türkiyənin ərazisinə daxil olur və Anadolu-TANAP marşrutu ilə TAP-a qədər gedir. Hər ikisi TAP Azərbaycanın mülkiyyətidir. Burada təbii ki, görüləsi işlər çoxdur.
İranın Sünik koridorundakı mövqeyini ifşa edəndir. İran Avropa ilə əlaqəsini Ermənistan, Gürcüstan vasitəsilə qurmaq niyyətini onu Türkiyə və Azərbaycandan asılı olmaq istəməməsi ilə izah edirdi. İran Avropa ilə əlaqəni Türkiyə ərazisindən qurmalıdır. Türkiyə vaxtilə İranın ali dini liderin R.T.Ərdoğanla sərt danışmasına çox kəskin cavab verə bilər.

Türkmənistan İranla keçmişdə olan qaz problemini unudaraq İran vasitəsilə qazına yeni bazarlar axtarır. Bu məqsədlə Qazaxıstanın eks-prezidenti, Xalq Məsləhəti Şurasının sədri, Milli Qəhrəman Q.Berdıməhəmmədov İranda səfərdə oldu. İranın ali dini lideri və prezidenti tərəfindən çox yüksək səviyyədə qəbul edildi. İran Türkmənistanla belə əlaqələrə çoxdan hazır idi. Türkmən qazını İran öz ərazisindən həm Türkiyəyə, həm də İraqa ötürə bilər. Çünki tək Türkiyə ilə deyil, İraq da türkmən qazını almaq niyyətindədir. Bununla əlaqədar İraqın nümayəndə heyəti bir müddət əvvəl Türkmənistanda oldu və danışıqlar apardı. İran və Türkmənistanın oxşar motivasiyası da qaz svopunu, İran ərazisi ilə Türkmənistan qazının nəqlini çox ehtimallı edir və bu davamlı əməliyyat ola bilər.

Türkmənistan Türkiyə vasitəsilə qazını Avropaya çıxarmaq istəyir. Hətta Türkiyə bazarına da çıxara bilər. Hələki Avropa dövlətlərindən, ABŞ-dan İran ərazisi vasitəsilə neft, qaz nəqlinə sanksiyanın olub-olmayacağı ilə bağlı heç bir fikir bildirilməyib. ABŞ-ın əvvəlki siyasəti regionumuzda olan kommunikasiyaların Rusiya və İranın ərazisindən kənar keçməklə çəkilməsi istiqamətində çalışırdılar. Bu istiqamətdə də çox böyük resurs xərcləyiblər. Türkmənistan qazının Azərbaycandan keçməməsi də İranın maraqlandırır. Bu Azərbaycanla tək rəqiblik deyil, həm də siyasidir. İranın Rusiya qazı ilə bağlı bəyənmədiyi addımlardan biri də qazını İran ərazisinə Azərbaycan vasitəsilə svop etmək istəyirdi. Bu isə İranın maraqlarına cavab vermir.
Türkmənistan da Rusiyadan narazıdır. Çünki Rusiya Mərkəzi Asiya regionunun qaz bazarını ələ alıb. Çin bazarında da Türkmənistanın qazını sıxışdırmaq yolundadır. Rusiya parametrinə görə İran və Türkmənistan müttəfiq görünürlər. Azərbaycan parametri də bunların hər ikisini müttəfiqə çevirir.

İran da RF-dən narazıdır, Rusiya qazını Azərbaycan ərazisi vasitəsilə svop etmək istəyir.
Türkmənistandan 40 milyard m3 qaz alıb, böyük əksəriyyətini Türkiyə vasitəsilə Avropaya ötürmək niyyətinə görə İranın Zəngəzur koridoru ilə bağlı mövqeyinə yenidən baxmağı tələb etmək lazımdır. Türkiyə ilə İran arasında Avropa istiqamətində neft, qaz kəmərləri, avtomobil və dəmir yolu, kommunikasiya xətləri işləyəcəksə, o zaman İran üçün Zəngəzur koridoru o qədər aktual deyil, zəruri olmamalıdır.

Yaxınlarda İran Zəngəzur koridoru ilə bağlı mövqeyini dəyişməyəcəksə bir daha onun atdığı bütün addımları yalnız Azərbaycan Respublikasının əleyhinə olduğunu sübut edəcək.

Şərhlər

Yaz...