Tarix: 26.09.2024 / 18:00
İcmaya ayrılan pullar hara gedib, hara xərclənib?    - İTTİHAM

İcmaya ayrılan pullar hara gedib, hara xərclənib? - İTTİHAM

Özünü Azərbaycan Yəhudi Dini İcması həmtəsisçisi və “Azerbaijan Jewish Media Center”in direktoru kimi təqdim edən yəhudi aktivist Nəsimi Abilov öz facebook profilində “Sumqayıt Yəhudiləri” Dini İcmasının ünvanına ciddi ittihamlarla çıxış edib.

Diaspora.TV xəbər verir ki, o, Sumqayıtda fəaliyyət göstərən sinaqoqun ravvininin və digər məsul şəxslərin icmanın idarə olunması ilə bağlı qaydaları pozduğunu qeyd edir, toplanan maliyyə vəsaitinin hesabatını tələb edir.

O, iddia edir ki, sinaqoqun ravvini Menaxem Mendeldən bu illər ərzində ondan tələb olunan maliyyə hesabatını təqdim etmir və bundan yayınır.

N.Abilovun yazdığını olduğu kimi təqdim edirik:

“Sumqayıt Yəhudiləri” Dini İcmasında daha bir saxtakarlıq və qurma əməllərindən sizlərə məlumat verim. Məlum səbəblərə görə, Sumqayıtda yerləşən sinaqoqun yenidən qeydiyyatdan keçirilməsi üçün üzvlərinin fikirləri önəmli sayılır. Amma qanunları yenidən pozan və başında ravvin Menaxem Mendelin dayandığı “Sumqayıt Yəhudiləri” Dini İcması bu ravvinin xoş olmayan əməllərini ifşa edən həmtəsisçilərini iclasa çağırılmamasıdır. Bildirək ki, 15 il fəaliyyət göstərən sinaqoqa müdaxilələri ilə tanınan sinaqoqun ravvini Menaxem Mendeldən bu illər ərzində ondan tələb olunan icmanın maliyyə hesabatını təqdim etməmiş və tələb etdikdə bundan yayınması ilə yadda qalır. Bu da artıq nədən xəbər verdiyi məlum olur. Siz, yəhudi əsilli Sumqayıt sakinləri qarşısında hesabat verməlisiz. Bu illər ərzində icmaya ayrılan pullar hara gedib, hara xərclənib?”


Şərhlər

Yaz...