Tarix: 27.09.2024 / 09:29
Sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq    - Paşinyan

Sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq - Paşinyan

Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır.

Diaspora.TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

"Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra biz onu Konstitusiya Məhkəməsinə göndərməliyik ki, onun Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlanılsın. Əgər Konstitusiya məhkəməmiz Azərbaycanla sülh müqaviləsini Ermənistan Konstitusiyasına zidd olduğuna qərar versə, onda biz sülhə nail olmaq üçün konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik", - deyə Paşinyan bildirib.




Şərhlər

Yaz...