Tarix: 24.10.2024 / 16:00
Sülh sazişinin bağlanması üçün əlimizdən gələni edirik    -  Rubinyan

Sülh sazişinin bağlanması üçün əlimizdən gələni edirik - Rubinyan

Biz sülh sazişinin bağlanması üçün əlimizdən gələni edirik.

Diaspora.TV Erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Milli Assambleyanın sədr müavini Ruben Rubinyan deyib.

Rubinyan xatırladıb ki, bu yaxınlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri İstanbulda görüşüblər:

"İndi sülh sazişinin imzalanmasının mümkün olmasına cəhd edilir və biz bu istiqamətdə hər şeyi edirik".

Rubinyan "ola bilərmi ki, hansısa mərhələdə vasitəçiyə ehtiyac yaransın?" sualına belə cavab verib:

“Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Faktiki danışıqlar zamanı tərəflər otaqda tək olublar. Formatın nə vaxtsa dəyişə biləcəyini istisna edə bilmərəm, amma indiyə qədər belə olub. Məsələ praqmatizmdə və praktiklikdədir”.


Şərhlər

Yaz...