Tarix: 25.09.2024 / 14:33
Sülh müqaviləsinin bağlanması üçün real imkan var    - Mirzoyan

Sülh müqaviləsinin bağlanması üçün real imkan var - Mirzoyan

Sentyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşüb.

Diaspora.TV xəbər verir ki, Ermənistan XİN-in yaydığı məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi və regional mövzuları müzakirə ediblər.

Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, bunun reallaşması üçün Ermənistanın açıq şəkildə ifadə etdiyi güclü siyasi iradə lazımdır.










Şərhlər

Yaz...