Azərbaycanın Fransadakı səfirliyi Strasburq şəhərində yaşayan vətəndaşlarımız üçün növbəti səyyar konsulluq xidmətini təşkil edib.
Diaspora.TV xəbər verir ki, soydaşlarımızın qəbulu ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyində həyata keçirilib.
Səyyar konsulluq xidməti çərçivəsində soydaşlarımıza pasportların rəsmiləşdirilməsinə dair müraciətlər qəbul olunub, hüquqi yardım göstərilib, eləcə də onları maraqlandıran digər suallar cavablandırılıb.