Tarix: 28.08.2024 / 16:32
Ölkəmiz haqqında ətraflı məlumat verməyə çalışıram    - Səbinə Məmmədova

Ölkəmiz haqqında ətraflı məlumat verməyə çalışıram - Səbinə Məmmədova

“Stokholmda Azərbaycan və rus dili müəllimi işləyirəm. Hər zaman həmkarlarıma ölkəmiz haqqında ətraflı məlumat verməyə çalışıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Dünya Azəraycanlıları Beynəlxaq Fondu İdarə Heyətinin üzvü, Stokholmda (İsveç) yaşayan soydaşımız Səbinə Məmmədova deyib.

“Ölkəmizdə baş verən hadisələr haqqında obyektiv informasiya verməyə çalışıram. Məsələn, Sovet İttifaqının dağılmasından danışanda hadisələri öz prizmamdan izah edirəm”, - deyə S.Məmmədova bildirib

S.Məmmədova əlavə edib ki, İsveçdəki Azərbaycan səfirliyi və baş konsulluq əməkdaşları vətəndaşlarımıza yüksək qayğı və xidmət göstərirlər.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...