Stavropol diyarından 840 min tondan çox taxıl müvafiq yoxlamadan sonra Azərbaycan, Gürcüstan və Ermənistana göndərilib.
Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, “Rosselxoznadzor”un Şimali Qafqaz Regionlararası İdarəsinin mətbuat xidmətinin məlumatına görə, 2024-cü ilin oktyabr ayında Stavropol diyarından xaricə ixrac edilən 1288 min tona yaxın bitkiçilik məhsulları yoxlanılıb.
"Bütün məhsullar idxalçı ölkələrin karantin fitosanitar tələblərinə uyğundur və bu, laboratoriya rəyləri ilə təsdiqlənib", - məlumatda deyilir.
Xəbərdə Azərbaycana nə qədər taxıl göndərildiyi barədə məlumat verilmir.