Dünən Stavropolda şəhər günü qeyd olunub.
Bu barədə Diaspora.TV-yə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib
F.Yarıyev əlavə edib ki, şəhər günündə 110 millətin nümayəndəsi ilə yanaşı, azərbayacnlılar da iştirak edib.
Tədbirdə milli mədəniyyətimiz, adət-ənənələrimiz, mətbəximiz nümayiş olunub. Azərbaycanlılar tədbirdə 2 nömrədə çıxış edərək, 1-ci yerə layiq görülüblər.
Mükafatı “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyevə Stavropol vilayəti üzrə Milli məsələlər üzrə nazir müavini Vladislav Amiranoviç təqdim edib.