Stavropol diyarının qubernatorluğu seçkilərində qalib gələn Vladimir Vladimirov vəzifəsinin icrasına başlayıb.
Diaspora.TV xəbər verir ki, qubernatorun andiçmə mərasimində “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev də iştirak edib.
Mərasimdə Rusiya Federasiyasının bəzi subyektlərinin rəhbərləri, nümayəndə heyətləri, Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları, regionun fəxri vətəndaşları iştirak edib.
Mərasim zamanı vilayət seçki komissiyasının sədri Sergey Tarasov Stavropolun başçısı üçün keçirilən seçkilərin nəticələrini açıqlayıb.
Vladimirov and içərək Rusiya Federasiyasının Konstitusiyasına, Stavropol diyarının nizamnaməsinə və qanunlarına əməl edəcəyinə söz verib.