Tarix: 18.11.2024 / 16:45
Soydaşlarımızın nəzərinə...     Miqrantlara uşaq bağçalarında işləmək qadağan edildi

Soydaşlarımızın nəzərinə... Miqrantlara uşaq bağçalarında işləmək qadağan edildi

Novosibirsk vilayətində əməkçi miqrantlara uşaq bağçalarında işləmək qadağan edilib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Travnikov sərəncam imzalayıb.

Aprel ayında bölgənin hakimiyyət orqanları əcnəbilərə taksi fəaliyyətini, içki və tütün məmulatlarının pərakəndə ticarətini qadağan edib. Yeni sənəd məhdudiyyətin müddətini 2025-ci ilə qədər uzadıb.

Yeni qaydalar uşaq bağçalarında işləmək üçün əcnəbilərin işə götürülməsinə də qadağa qoyur.

Sahibkarlar qərar qüvvəyə mindiyi gündən iki ay müddətində əcnəbi işçilərin sayını ona uyğunlaşdırmalıdırlar.

Şərhlər

Yaz...