Tarix: 01.10.2024 / 17:17
Soydaşlarımızın nəzərinə...     Rusiya bu sahələrə də qadağa qoyur

Soydaşlarımızın nəzərinə... Rusiya bu sahələrə də qadağa qoyur

Rusiyanın Xabarovsk diyarında miqrantlara taksi və ictimai nəqliyyatda işləmək qadağan olunacaq.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Demeşin bildirib.

Rayon rəhbəri qeyd edib ki, Əmək və Məşğulluq Komitəsi onun tapşırığına əsasən, patentli əcnəbilərin ictimai nəqliyyatda, o cümlədən şəhərlərarası nəqliyyatda, taksidə sürücü kimi işə götürülməsini qadağan edən sənəd layihəsi hazırlayıb.

"Gələn il region iqtisadiyyatının bəzi sahələrində miqrantların işi məhdudlaşdırılacaq", - deyə qubernator bildirib.

Bundan başqa, 2025-ci ildən xarici vətəndaşların elektrik enerjisi, qaz və su təchizatı xidmətləri göstərən müəssisələrdə işə düzəlməsi, fiziki şəxslər üçün işləməsi qadağan ediləcək.

Siyasətçi məhdudiyyətləri təhlükəsizlik tədbirləri kimi izah edib, çünki bu peşələr insanlarla daimi təmasları əhatə edir.


Şərhlər

Yaz...