Tarix: 23.11.2024 / 13:00
And içməyənlər Rusiya vətəndaşlığından     məhrum ediləcək

And içməyənlər Rusiya vətəndaşlığından məhrum ediləcək

Bu gündən etibarən Rusiya Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurunu başa çatdırmamış şəxslərin vətəndaşlıq statusundan məhrum edilməsinə başlayır.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, müvafiq normalar Rusiya Federasiyası Prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı Fərmanında müəyyən edilib.

Rusiya Daxili Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən verilən məlumata görə, bu kateqoriyadan olan vətəndaşların andiçmə müddəti noyabrın 22-də başa çatıb.

“2024-cü il noyabrın 23-dən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab olunacaq və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar qüvvədən düşəcək”, - deyə idarədən bildirilib.

Eyni zamanda, Fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq qəbul edərkən ondan azad edilmiş şəxslərə şamil edilmir.



Şərhlər

Ələkbər Qarayev vəkil

Bu məsələ ilə bağlı mən video paylaşmışdım. Pasportlarını almış şəxslərə aid deyil. Kimin vətəndaşlığı ilə bağlı cavab gəlibsə və bilərəkdən gedib padportunu almaq isyəmirsə, o şəxlərə tətbiq olumacaq. Mənim tel +79852280007

23.11.2024 / 14:57

Yaz...