Tarix: 06.09.2024 / 17:05
Soydaşlarımızın nəzərinə... Medvedev miqrantlar üçün daha bir  qadağa    təklif etdi

Soydaşlarımızın nəzərinə... Medvedev miqrantlar üçün daha bir qadağa təklif etdi

Rusiyaya mövsümi iş üçün gələn miqrantlara ailələrini özləri ilə gətirmək qadağan edilməlidir.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu təkliflə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

"Əlbəttə, biz fərdi tendensiyaların öhdəsindən gələ bilməyəcəyik, amma nə etmək olar. Bir insan mövsümi iş üçün bizə gəlirsə, niyə ailəsini özü ilə aparır?" - deyə Medvedev bildirib.

Agentlik əməkdaşları ilə görüşdə Medvedev həmçinin məktəblərdə miqrant uşaqları rus dilini öyrənməyə məcbur etməyə çağırıb.


Şərhlər

Yaz...